“Azərbaycan siyasi və iqtisadi sabitliyin simvoluna çevrilib”





"Azərbaycan Prezidentinin daxili siyasəti xalqın rifahının yaxşılaşdırılmasına yönəlib”.

Bunu "Sherg.az”a açıqlamasında gənc politoloq Fuad Heydər deyib.

Analitik bildirib ki, bu siyasət hər il daha geniş miqyasda davam etdirilir:

"Bütün ölkələr iqtisadi problem yaşadığı halda ölkəmizdə bir o qədər hiss olunmur. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan siyasi xəttimiz dünyanın bir çox ölkələrində nümunə kimi göstərilir. Azərbaycan siyasi və iqtisadi sabitliyin simvoluna çevrilib. 

Bütün bunların əsas səbəbi isə sarsılmaz xalq-iqtidar birliyidir. Dövlətimiz beynəlxalq və nüfuzlu yarışlara ev sahibliyi edir və təhlükəsizlik məsələləri yüksək səviyyədə təşkil olunur. Dövlət başçısı dəfələrlə bildirib ki, ölkəmizin inkişafı və siyasi-ictimai sabitliyi bizim ən böyük sərvətimizdir”.

Analitikin sözlərinə görə, bu gün Azərbaycan gəncliyi ölkəmizin inkişafı ilə fəxr edir və aparılan siyasəti böyük iftixar hissi ilə dəstəkləyir:

"Prezident vurğulayır ki, "Mənim gənclərə xüsusi münasibətim var. Mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Təbii ki, bu qədər gözəl və səmimi sözlərdən sonra Azərbaycan gəncliyi öz inkişafını yalnız və yalnız ölkəmizin, vətənimizin inkişafına sərf etməlidir. Cənab Prezidentin bizə, biz gəncliyə olan etimadını daim dogrultmalıyıq”.

İsmayıl