Azərbaycan və Əfqanıstan təhlükəsizlik orqanları arasında əməkdaşlığın inkişafına dair müzakirələr...
12:23 23.12.2020
Arxiv
427
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının müşaviri Həmdullah Mohib, Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar və Milli Təhlükəsizlik İdarəsinin Baş direktoru general-leytenant Ahmad Ziya Sarac ilə görüşüb. Görüşdə Əfqanıstanın ölkəmizdəki səfiri Amanullah Ceyhun da iştirak edib.
Təhlükəsizlik Şurası Katibinin Xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı Ramil Usubov Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əməkdaşlıq münasibətlərinə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
O, vətəndaş cəmiyyəti quruculuğu, demokratikləşmə və insan hüquq və azadlıqlarının qorunması, daxili sabitliyin, xalq-iqtidar birliyinin davamlılığının təmini sahəsində görülmüş tədbirlərlə ölkəmizdə dövlət və ictimai təhlükəsizlik sahəsində milli maraqların təmin olunduğunu qeyd edib. Səmərəli islahatlar nəticəsində Azərbaycanın bölgənin əsas iqtisadi gücünə çevrilməsinin, Avropanın əsas enerji təminatçılarından biri olmasının, valyuta ehtiyatlarının davamlı artmasının ölkənin iqtisadi təhlükəsizliyi sahəsində milli maraqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Sosial təhlükəsizlik məsələlərinə toxunan R.Usubov əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görüldüyünü, səmərəli sosial islahatların həyata keçirildiyini, dünyada az rastlanan və ölkə vətəndaşlarının 70 faizindən çoxunu əhatə edən davamlı sosial dəstək paketlərinin reallaşdırıldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanın balanslaşdırmadan tam müstəqil siyasətə keçməsinin, bölgədə maraqları kəsişən dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatının yaradılmasının ölkəmizin xarici siyasətində prioritet təşkil etdiyi qeyd olunub.
Hərbi təhlükəsizliyin təmini sahəsində görülən tədbirlərdən danışan R.Usubov müasir və peşəkar ordu quruculuğunun, ən yüksək və modern səviyyədə hərbi təchizatın təmin olunduğunu, müdafiə sənayesinin yaradıldığını və davamlı təkmilləşdirildiyini, bütün bunların Azərbaycan xalqının Vətən müharibəsində hərbi zəfərini şərtləndirdiyini vurğulayıb.
Əfqanıstanın hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verdiyini qeyd edən R.Usubov qardaş ölkənin siyasi və mənəvi dəstəyinin 44 günlük Vətən müharibəsi zamanı bariz şəkildə nümayiş etdirildiyini vurğulayıb, Azərbaycan xalqının bu dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
Qonaqlar göstərilən diqqətə, Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik maraqlarının qorunması sahəsində aktual məsələlərlə əlaqədar müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər. Dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm