Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır




Cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın görüşü planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bugünkü brifinqdə deyib.

T.Balayan qeyd edib: "Ehtimal ki, ilin sonunadək xarici işlər nazirlərinin görüşü baş tutacaq".