Azərbaycan və Türkiyə yeni qaz müqaviləsini müzakirə edirlər
06:59 27.04.2021
Arxiv
370
Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti və Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə konsorsium yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində qazın tədarükünün həyata keçirilməsi üçün yeni müqaviləni əldə etmək üzrə danışıqlar aparır.
Bunu "APA-Economics"ə "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, kontraktın bitməsi səbəbindən (ildə 6,6 mlrd. kubmetr qazın nəqlini nəzərdə tuturdu – red.) "Şahdəniz-1" çərçivəsində Türkiyəyə qazın nəqli aprel ayının 16-da dayandırılıb və hazırda yeni müqavilənin əldə edilməsi üçün danışıqlar aparılır.
"Şahdəniz-1" layihəsi çərçivəsində qazın nəqli üzrə müqavilə 2001-ci ildə əldə edilib.
"Hazırda "BOTAŞ" və konsorsium arasında danışıqlar davam etdirilir", - T. Bayatlı qeyd edib.
Bununla yanaşı, T. Bayatlının sözlərinə görə, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi ("Şahdəniz-2" – red.) çərçivəsində qazın nəqli tam şəkildə davam etdirilir.
Xatırladaq ki, "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr (Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə – red.) qazın nəqlini nəzərdə tutulub.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Əlavə etmək lazımdır ki, ötən ilin dekabrın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vinisius Juniorun "Real Madrid"dəki aqibətinə aydınlıq gəldi
03:33 24.04.2026
Futbol
İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq
02:58 24.04.2026
Dünya
Robert Pattinson ailəsi ilə görüntüləndi
02:22 24.04.2026
Şou
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə