Azərbaycan XİN-dən Fransa XİN-nə CAVAB
08:32 21.02.2018
Arxiv
339
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Fransa XİN-nin açıqlamasına cavab verdi.
Lent.az-ın məlumatına görə, H.Hacıyev bildirib ki, digər həmsədr ölkələrlə birlikdə 25 ildən artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda gərginliyin əsas səbəbi Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirməsidir:
"Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törədilib və bunun nəticəsində 90-cı illərin əvvəllərində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşayıb.
Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsinə dair tələblərini hələ də yerinə yetirmir. Azərbaycan Respublikası Prezidentinin azərbaycanlıların beynəlxalq sənədlərdə və BMT TŞ-nın qətnamələrində təsbit olunduğu kimi, sülh şəraitində öz tarixi torpaqlarına qayıtması barədə açıqlaması münaqişənin həlli prosesinin vacib humanitar prinsiplərindən biridir.
Münaqişənin həlli üzrə danışıqlar getdiyi halda, ATƏT-in Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanı və digər həmsədrləri Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin anneksiyası məqsədilə həyata keçirdiyi qeyri-qanuni əməlləri, o cümlədən ərazinin demoqrafik tərkibinin dəyişdirilməsi və Azərbaycan xalqının maddi-mədəni və dini irsinin məhv edilməsi halları ciddi narahat etməlidir".
Mətbuat xidmətinin rəhbəri onu da bildirir ki, bu xüsusda ciddi narahatlıq doğuran məqamlardan biri də Fransanın XİN və Daxili İşlər Nazirliyinin mərkəzi təlimatına və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın statusuna zidd olaraq, Fransanın regionlarının qondarma rejimlə qanunsuz əlaqələr yaratması və qondarma rejimin nümayəndələrinin Şenqen viza qaydalarının tələblərini pozaraq Fransa ərazisinə daxil olmaları və propaqanda ilə məşğul olmalarıdır:
"Həmçinin, Fransa tərəfini Ermənistan prezidenti Serj Sargisyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində aqressiv separatizmin 30 illiyi ilə əlaqədar qondarma rejimə ünvanlandığı 20 fevral tarixli təbrikinə diqqət yetirməyə çağırırıq. Ermənistan prezidenti Azərbaycana qarşı terror, aqressiv separatizm, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi nailiyyət kimi təqdim edir və Azərbaycanın suveren ərazilərinin anneksiyasına çağırır. Hesab edirik ki, beynəlxalq terrorizmdən əziyyət çəkən Fransanı Ermənistan prezidentinin bu təbirik məktubunda Fransa ərazisində də qanlı terror törədən və günahsız Fransa vətəndaşlarını qətlə yetirən terrorist Monte Melkonyandan qəhrəman kimi iqtibas gətirilməsi ciddi narahat etməlidir.
Fürsətdən istifadə edərək Fransa Xarici İşlər Nazirliyindən olan həmkarlarımızı Ermənistan və Fransada olan erməni lobbi dairələrinin dezinformasiya və propaqandasına uymamağı tövsiyə edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq
23:40 17.09.2026
Futbol
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm