Azərbaycan XİN-dən Nikol Paşinyana CAVAB
09:28 12.11.2018
Arxiv
649
Ümid edirik ki, Ermənistanın Baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh Forumunda etdiyi çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib və tarixən Dağlıq Qarabağda yaşayan yüz minlərlə Azərbaycanlını öz evlərində yaşamaq fundamental hüququndan məhrum edib.
Bunu "Sherg.az"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva Ermənistanın Baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyanın çıxışını şərh edərkən deyib.
L.Abdullayeva deyib: "Məgər öz müqəddəratını təyin etmə eyni bölgədə yaşayan digər etnik qruplara qarşı etnik təmizləmənin həyata keçirilməsi deməkdir? Məgər beynəlxalq hüququn aliliyi əraziləri hərbi işğal etmək və sonra da zor gücünə işğalın nəticələrini həll yolu kimi qəbul etdirmək deməkdir? Bu suallara, elə cənab Paşinyanın çıxışında istinad etdiyi fundamental prinsiplərin özü cavab verir; bunun üçün BMT Nizamnaməsini və Helsinki Yekun Aktını oxumaq kifayətdir. Oxumaq istəməyənlər və ya oxuduqlarını anlamaq istəməyənlər üçün sitat gətiririk: "Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir”.
XİN rəsmisi daha sonra qeyd edib: "Beynəlxalq Forumlarda çıxış edərək sülhdən, daha yaxşı gələcəkdən danışmaq, əlbəttə yaxşıdır. Lakin ən vacibi sadəcə bəyanatlar verməklə kifayətlənməmək, verdiyin bəyanatlara uyğun davranmaqdır, hərəkət etməkdir. Bölgənin və Ermənistanın özünün daha yaxşı gələcəyi bilavasitə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması ilə əlaqədardır".
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Paris Sülh Forumunda iştirak edib və tədbirdən sonra Forum çərçivəsində təsis edilmiş Sülh Kitabxanasına "Qarabağ həqiqətləri” adlı kitab təqdim edib.
Nazir Elmar Məmmədyarov kitabda "Dünya unutmamalıdır ki, Ermənistan silahlı qüvvələrinin işğalçı əməlləri nəticəsində Azərbaycanda olduğu kimi, bu gün hələ də dünyada xalqlar öz doğma ərazilərindən zor gücünə qovularaq etnik təmizləməyə məruz qalırlar. Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxartmaq, Azərbaycanın sərhədlərinə hörmət etmək və bölgədə sülh və sabitliyi bərpa etməkdən başqa yolu yoxdur” sözlərini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
07:49 27.10.2026
Sosial
Mayk Tayson “Tuzlu Kahvede"
07:17 27.10.2026
Şou
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual