Azərbaycanda 1,3 milyon insan əmək pensiyası alır
06:47 05.10.2018
Arxiv
642
Parisdə Bakı şəhərinin "Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə dair simpoziumda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fransanın Milli Yaşa görə Pensiya Sığortası Kassasının (CNAV) direktoru Reno Viyar ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, S.Babayev ölkəmizdə sosial sahədə əldə olunan nailiyyətlərdən, əhalinin sosial müdafiəsi və təminatı sahəsində həyata keçirilən islahatlardan söz açıb. Qeyd edib ki, bu gün nazirlik tərəfindən ümumilikdə 4,8 milyon insana əmək, məşğulluq, sosial təminat, sosial sığorta üzrə 120-dən çox xidmət göstərilir.
Ölkəmizdə 1,3 milyon insan əmək pensiyası alır. Bundan əlavə, 480 mindən çox insan aylıq sosial müavinətlə, 50 min ailə sosial yardımla, 63,4 min insan Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə, 15 minədək insan səyyar və stasionar sosial xidmətlərlə təmin olunur. 620 mindən çox əliliyi olan şəxsə dəstək göstərilir. Ölkənin ümumi inkişafı bu sosial təminat növlərinin artımı ilə müşahidə olunur. Nazir pensiya və müavinətlər sahələrində avtomatlaşdırılmış, tam şəffaf, müasir idarəçilik və xidmət mexanizmlərinin qurulması, xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması yönündə aparılan islahatlar barədə də məlumat verib.
S.Babayev bildirib ki, Fransa ilə ölkəmiz arasında sosial müdafiə sahəsində iki Tvinninq layihəsi həyata keçirilib. "Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsi isə Fransanın aidiyyəti qurumları ilə birgə hazırda icra olunur. Nazir pensiya və digər müavinətlərin təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi, göstərilən xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması sahələrində Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
CNAV direktoru cənab Reno Viyar ölkəsində pensiya sisteminin köhnə və çox mürəkkəb olduğunu bildirib. "Köhnə və çox mürəkkəb pensiya sistemimiz olmasına baxmayaraq hələ də işləyir. Ancaq biz pensiya sistemimizi yeniləməliyik. Azərbaycan gənc ölkədir, yeni sistem qurmusunuz. Sizin pensiya sistemi, xüsusilə də informasiya texnologiyalarından istifadə sahəsində təcrübənizi öyrənməkdə maraqlıyıq” - deyə R. Viyar diqqətə çatdırıb. O, ölkəsindəki sosial təminat sisteminin hazırki vəziyyətindən danışıb. Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılması istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini, iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduqlarını bildirib. Bu istiqamətdə mövcud imkanların reallaşdırılması üçün müvafiq işlərin aparılacağına əminliyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya