Azərbaycanda 89 qanunsuz miqrant saxlanılıb



Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 əcnəbi saxlanılıb.

DMX-dən verilən məlumata görə, onlardan 6 nəfərinin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 83-nün isə ölkə ərazisində qanunsuz qaldıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 62-nin barəsində inzibati qərarlar qəbul olunub, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.