Azərbaycanda adlar və soyadlarla bağlı yeni qanun layihəsi...




Azərbaycanda adlar və soyadlarla bağlı yeni hazırlanmış qanun layihəsi bu sessiya parlamentdə müzakirəyə çıxarılacaq.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov bildirib.

 O qeyd edib ki, layihəni komitə hazırlayıb:

 "Bu, olduqca problemli məsələdir. Nazirlər Kabinetinin qərarı kifayət etmir. Yeni layihədə bu məsələ geniş qoyulub".