Azərbaycanda cinsi bilinməyən uşaq doğuldu: "Valideynlər bu problemi gizlədirlər..."
10:16 07.09.2017
Arxiv
847
Azərbaycanda qeyri-adi cərrahi əməliyyat həyata keçirilib.
Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı və uroloqu, uzman Fuad Hüseynovun medicina.az-a verdiyi məlumata görə, əməliyyat rayonlardan birində doğulan və cinsiyyəti ayırd edilə bilməyən uşaq (adı gizli saxlanılır - red.) üzərində aparılıb. Onun sözlərinə görə, aparılan xromosom analizləri zamanı uşağın oğlan (46 XY) olduğu müəyyən edilib: "Cinsiyyət orqanı əyri, ölçüsü isə çox kiçik idi. Sidik kanalının dəliyi xayalığa keçən hissəyə açılırdı.
Uşaq böyüdükcə oturaraq sidiyə gedəcəkdi, cinsi həyatında və ata olmasında ciddi problemlər olacaqdı".
F. Hüseynov körpəni 2 mərhələdə - 10 aylıq və 1,5 yaşında əməliyyat edib.
"Cinsiyyət orqanı kosmetik olaraq bərpa olundu, sidik ifrazı normallaşdırıldı, artıq körpə normal oğlan uşaqlarından fərqlənmir və gələcəkdə də bir problemi olmayacaq", - deyə cərrah əlavə edib.
O vurğulayıb ki, bu, Azərbaycanda ilk rastlanan hal deyil: "Belə körpələrimiz olub. Əvvəllər də belə hadisələrə rast gəlinib. Sadəcə valideynlər bu problemi sirr kimi saxlayır, həkimə getməyə utanır, uşağın böyüyəndə düzələcəyinə ümid edirlər. Bu tip uşaqlar kişi kimi böyüyür, xarici görünüşləri də kişidir. Amma cinsi orqanları inkişaf etmir və sidik sistemində problem olur. Onları bəzən hətta evləndirirlər də. Amma cinsi həyatdakı problemlər ailənin dağılmasına səbəb olur. Vaxtında cərrahi müdaxilə edilməmiş insan psixoloji sarsıntı keçirir. Bu problemləri qohum-qonşudan, həkimdən gizlətməklə bir şeyə nail olmaq olmaz. Uşaq hələ körpə ikən müayinə olunub, əməliyyat edilməlidir. Müasir tibb buna imkan verir. Hər bir problem zamanında həll olunmalıdır".
Məlumat üçün bildirək ki, bu patologiya hermofraditizm deyil. Hermofraditizm hormon çatışmazlığı və pozulmasıdır. Mütəxəssislər uşaq doğulan kimi körpədə hər hansı cinsi uyğunsuzluq, qüsur və cinsiyyəti sual altında qoyan simptom olarsa, dərhal uşaq uzmanlarına müraciət etməyi tövsiyyə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq