Azərbaycanda dəhşətli qəzada ölən tələbələrin adları açıqlandı - YENİLƏNİB
06:53 09.03.2017
Arxiv
641
Bu gün Bakı-Sumqayıt yolunun Masazırdan keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən tələbələrin adları açıqlanıb. Lent.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin tələbələrini aparan mikroavtobusun "Zil"ə çırpılması nəticəsində ölən şəxslər 21 yaşlı İbrahim Quliyev, 21 yaşlı İbrahim Nəsirov və şəxsiyyəti hələ tam dəqiqləşdirilməmiş 18 yaşlı Rəşad adlı gəncdir. Onların üçü də hadisə yerində vəfat edib.
Qəzada yaralanan şəxslərin sayının isə 17 nəfər olduğu bildirilib.
*****
10:11
Bu gün Bakı-Sumqayıt yolunda baş vermiş dəhşətli qəzada xəsarət alan 14 nəfər Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib. Bu barədə Lent.az-a xəstəxanadan bildirilib. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Bildirilib ki, "Ford tranzit" markalı mikroavtobusun "ZİL"ə çırpılması nəticəsində 3 nəfər hadisə yerində vəfat edib. Ölən və xəsarət alanların əksəriyyəti Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
*****
9:31
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a açıqlamasında deyib ki, hadisə saat 8.45 radələrində Bakı-Quba yolunun 11.5-ci km-də baş verib. İlkin olaraq hadisə yerində 2 nəfərin ölümü qeydə alınıb. 10 nəfərə yaxın yaralı isə Sumqayıt xəstəxanalarına aparılıb: "Hadisənin baş verməsinə Bakı-Sumqayıt mikroavtobusunun nasazlıq səbəbindən yolda dayanmış "Zil" markalı yük avtomobilinə çırpılması səbəb olub. Həmin ərazi axşamdan lentə də alınıb. Görünür, sürücü ya yuxulu olub, ya da diqqəti yayınıb. Hadisə ilə bağlı araşdırma aparılır"
***
09:17
Bakı-Sumqayıt avtobusunun maneəyə çırpılması nəticəsində baş verən qəzada ölən və yaralananlar var.
Abşeron rayon Təcili Yardım Stansiyasından Lent.az-a bildirilib ki, ilkin məlumata görə, qəzada 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Yaralılar hazırda xəstəxanaya aparılır.
***
08:50
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.
Yolda avtomobillərin sıxlığı yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.
İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də təəccüblü hadisə: Edam cəzası icra olunmadı, məhbus ölmədi
13:25 01.10.2026
Hadisə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət