Azərbaycanda dələduzluq faktları çoxalıb
09:11 30.07.2018
Arxiv
947
"Bəzi hallarda bir cinayəti, dələduzluq faktını araşdıran hüquq-mühafizə orqanları daha çox faktın, cinayətlərin üzərini açırlar”.
Bunu "Sherg.az”a 2018-ci il iyul ayının 26-dan 27-dək, bir gün ərzində 128 cinayət faktının qeydə alınmasından danışarkən vəkil İradə Cavadova deyib. O vurğulayıb ki, əksər cinayət faktlarının isti izlərlə açılması hüquq-mühafizə orqanlarının operativliyinin göstəricisidir:
"Elə cinayətlər də baş verir ki, bəzən illərlə açılmamış qalır. Məsələn, oğurluq faktı baş verir, yaxalanan cinayətkarların etirafları sayəsində digər cinayətlərin də üstü açılır. Təbii ki, bu kimi mənfi halların baş verməsi, xırda dələduzluq faktlarının açılmaması xoşagəlməz mənzərə yaradır. Lakin dələduzluq faktlarının çoxalması, tez bir zamanda açılması cinayətin elə də mürəkkəb olmadığını göstərir. İstənilən halda bu müsbət haldır ki, hüquq-mühafizə orqanlarında çalışan şəxslər operativ və səriştəli addım atırlar.
Düşünürəm ki, statistik rəqəmləri götürüb, əvvəlki illərlə müqayisə etmək lazımdır. Məsələn, 2017-ci ildə törədilən cinayət faktları və 2018-ci ilin müvafiq statistik rəqəmlərini nəzərdən keçirib, nə qədər cinayət işinin baş verdiyini, neçəsinin açıldığını müəyyən etmək olar. Tutalım, 100 cinayət faktı qeydə alınıb, onlardan 10-u həll edilibsə, bu ilki rəqəmlərlə müqayisə etmək lazımdır. Cinayət faktlarının çoxalması deyil, daha çox nə qədər cinayətin açıldığı diqqət mərkəzində olmalıdır”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 128 cinayət faktı qeydə alınıb, onların da 20-si "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya