Azərbaycanda enerji sərfiyyatının artmasının səbəbi açıqlandı - RƏSMİ
10:03 11.08.2018
Arxiv
776
"Bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə bir ay ərzində 70 manata başa gəlir. Məişət avadanlıqlarının hər biri eyni tempdə çalışmadığı üçün sərfiyyat göstəriciləri də fərqlidir. İsti hava şəraiti ilə əlaqədar olaraq saatlarla kondisioner və digər avadanlıqların çalışması enerji sərfiyyatını artırıb. Abonentləri əmin edirik ki, sayğacın göstəricilərinə sistemdən müdaxilə etmək qeyri-mümkündür”.
"Sherg.az"ın məlumatına görə, bu barədə "Azərişıq" ASC-nin enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Nəbibəyli iyul ayında abonentlərin aylıq elektrik enerjisi sərfiyyatına aid mətbuat konfransında deyib.
Qurum rəsmisi bildirib ki, bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə bir ay ərzində 70 manata başa gəlir.
"40 dərəcədən yuxarı temperaturda avadanlıqların yük götürmə qabiliyyəti 1,5 dəfə artır. Həmin avadanlıqların üzərində temperatur intervalı var. Orada qeyd olunur ki, məsələn, 25-30 dərəcədə bu avadanlıq bir saat ərzində 2,5 kilovatt enerji istehlak edir, havanın temperaturu 40 dərəcə olduqda hər saata 3,5 kilovatt enerji istehlak edə bilər”.
V. Nəbibəyli qeyd edib ki, avadanlıqların özlərini soyutmasına və ya işə düşməsinə də əlavə enerji sərf edilir. 300 kilovattı 7 qəpikdən, digər sərfiyyatı isə 11 qəpikdən hesablamaqla, aylıq sərfiyyatı müqayisə etmək olar.
"Bazada olan məlumata müdaxilə olunarsa, abonent yazılı şəkildə müraciət etmək mümkündür və şəbəkə mütəxəssisi məsələyə aydınlıq gətirəcək. Nazirlər Kabinentinin qərarı ilə 10 iş günü ərzində şikayətə baxılır, lakin mütəxəssislərimiz maksimum 3-4 gün ərzində abonentlərin problemlərini həll edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq