Azərbaycanda FACİƏ: bir ailənin iki oğlu boğuldu




Kür çayında iki yeniyetmə batıb.

"Sherg.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndi ərazisindən keçən hissəsində 2 nəfər batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

APA -nın əldə etdiyi məlumata görə, batan şəxslərdən birinin 13, digərinin 17 yaşı var.