Azərbaycanda İLK DƏFƏ - Arıçılara subsidiya veriləcək, arı ailələri pasportlaşdırılacaq
06:49 05.10.2018
Arxiv
528
Azərbaycanda noyabrın ortalarından etibarən arıçılıq təsərrüfatı olan şəxslərə arı ailələrinin sayına görə dövlət tərəfindən subsidiyaların verilməsinə başlanılacaq.
Bunu özəl olaraq Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası"na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya veriləcək:
"Əgər arıçının təsərrüfatında 100 arı ailəsi identifikasiya kodu ilə qeydiyyata götürülübsə, onda ona illik 1000 manat subsidiya veriləcək. Arıçıların təsərrüfatlarındakı arı ailələrinin sayı dəqiqləşəndən sonra Dövlət Aqrar İnkişaf Mərkəzi nazirliyin komissiyası ilə birlikdə şəxsə arayış verəcək. Arayış nazirliyin subsidiya komissiyasına təqdim ediləcək və vəsait arıçının hesabına köçürüləcək”.
Nazirlik rəsmisi əlavə edib ki, subsidiyalar bu ildən başlayaraq, 5 il ərzində veriləcək. Bu müddət daha sonra artırıla da bilər.
V.Hüseynov əlavə edib ki, oktyabrın ortalarından başlayaraq, Kənd Təsərrüfatı Nazirliyində yaradılmış xüsusi komissiya bölgələr üzrə arı ailələrinin pasportlaşdırılmasına başlayacaq və hər arı ailəsinə identifikasiya kodu veriləcək. Bunun əsasında ilk dəfə olaraq, Azərbaycandakı arı ailələrinin dəqiq statistikası aparılacaq:
"İndi arı ailələrinin sayı ilə bağlı müxtəlif rəqəmlər var. Bəziləri Azərbaycanda 300 min, bəziləri isə 360 min arı ailəsinin olduğunu deyirlər. Amma tam qeydiyyat aparıldıqdan sonra onların sayı dəqiqləşdiriləcək”.
V.Hüseynov qeyd edib ki, subsidiyanın verilməsinin əsas məqsədi arıçılığın inkişafına dövlət dəstəyi göstərmək, arı ailələrinin genofondunu qorumaqdır:
"Arıçılar məhsul yığımında arının balını tam olaraq götürürlər. Bu halda arılar qida problemi ilə üzləşdiyindən mart-aprel ayında artıq arı ailələrinin çoxu məhv olur. Buna görə də dövlət subsidiya verir ki, arının balını özünə saxlasınlar, arı ailələri ölməsin”.
V.Hüseynov əlavə edib ki, subsidiyaların verilməsi arıçılıq məhsullarının ixrac imkanlarını genişləndirə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya