Azərbaycanda indiyədək 1 938 244 koronavirus testi aparılıb

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, ölkədə son sutka ərzində 19 378, hazırkı dövrədək isə 1 938 244 test aparılıb.