Azərbaycanda oktyabrda 0,2 faizlik inflyasiya qeydə alınıb
08:52 12.11.2018
Arxiv
785
Bu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% bahalaşıb.
"Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının və qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.
Ay ərzində un, makaron məmulatları, mal, qoyun və toyuq əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, marqarin və zeytun yağları, banan, pomidor, badımcan, yerkökün, çuğundur, kartof, qəhvə, çay və kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində bahalaşma, manna və qarabaşaq yarması, limon, naringi, alma, armud, heyva, nar, xurma, göyərti, xiyar, göy lobya, kələm, sarımsaq, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçalar, geyim, ayaqqabılar, inşaat materialları, kiçik elektrik cihazları, minik avtomobilləri üçün ehtiyat hissələri, fərdi və planşet tipli kompüterlər, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınlar, kondisionerlər, tozsoranlar, mobil telefonlar, fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oktyabr ayında sentyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma, avtomobillərin təmiri, bərbərxana və kosmetoloji xitmətlərin qiymətləri, mənzillərin icarə haqqı, kompüter kurslarında təhsil haqqı bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
07:49 27.10.2026
Sosial
Mayk Tayson “Tuzlu Kahvede"
07:17 27.10.2026
Şou
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual