Azərbaycanda qəbir yerləri PULSUZ AYRILACAQ
11:10 10.05.2019
Arxiv
603
Azərbaycanda qəbiristanlıqlar bələdiyyələrin balansına keçiriləcək. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, Komitə Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə qəbiristanlıq və onların salınması ilə bağlı məsələlərin tənzimlənməsi üçün sənəd hazırlayıb.
"Bu sənəd Nazirlər Kabinetində artıq təsdiqlənib. Eyni zamanda, Nazirlər Kabinetinin sərəncamına əsasən, qəbiristanlıqları sənəddə nəzərdə tutulduğu kimi, bələdiyyələrin balansına keçməsi ilə bağlı müddət göstərilib. Həmin müddət ərzində bələdiyyələrin balansına keçməli olan qəbiristanlıqlarda bu proses yekunlaşdırılacaq", - deyə sədr müavini bildirib.
Sədr müavini həmçinin bildirib ki, sənəddə bir çox məsələ öz əksini tapıb. Məsələn, qəbiristanlıqlar salınarkən bütün normalar müəyyənləşdirilib, eyni zamanda, ən çox cəmiyyəti narahat edən məsələ torpağın pulsuz ayrılmasıdır ki, bu da sənəddə öz əksini tapıb.
"Sənəddə əksər məsələlər, demək olar ki, qəbiristanlıqların salınması, dəfn işinin təşkili ilə bağlı bütün məsələlər öz əksini tapıb, o cümlədən də torpağın pulsuz verilməsi məsələsi də. Bununla yanaşı önəmli məqamlardan biri də ondan ibarətdir ki, qəbirlər arası məsafə konkret göstərilib, qəbir daşların ölçüsü konkret gözlənilib. Düşünürəm ki, qəbiristanlıqların bələdiyyələrin balansına keçməsindən və bu prosedur yekunlaşandan sonra həmin bu sənədin icrasına başlanılacaq. Bu sənəd imkan verəcək ki, biz qəbiristanlıqlarda dəfn işləri ilə bağlı məsələləri tənzimləyə bilək. Qeyd edim ki, bu, yalnız qəbiristanlıqlar və dəfn işinin təşkili ilə bağlıdır. Yas mərasimlərinin bura aidiyyəti yoxdur", - deyə sədr müavini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol