Azərbaycanda uşaq əməyinin istismarına az rast gəlinir
06:56 06.02.2018
Arxiv
1064
Çünki işçi qüvvəsi çoxdur, uşaq əməyindən istifadə risklidir və cərimələr yüksəkdir
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Səbail rayonundakı 162 saylı məktəbdə "Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib.
Məktəbin müəllim və yuxarı sinif şagirdlərinin, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndəsinin iştirakı ilə keçən tədbirdə Azərbaycan qanunvericiliyində uşaq əməyi ilə bağlı mütərəqqi beynəlxalq normalardan irəli gələn humanist yanaşmaların əksini tapdığı vurğulanıb. Bildirilib ki, milli qanunvericilik uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini, uşaq əməyinin istismarını qadağan edir. Həmçinin 15 yaşına çatmamış uşaqların işə götürülməsi qadağandır. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də əmək müqaviləsinin bağlanıldığı şəxs 15 yaşdan aşağı yaşda olduqda, bunu avtomatik şəraitdə müəyyən edir və sistemdə hər hansı belə əmək müqaviləsinin qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsi mümkün deyil.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun "Şərq”ə açıqlamasına görə, dünyada təxminən 270 milyon uşağın əməyi istismar olunur. Azərbaycan isə o ölkələrdəndir ki, burda uşaq istismarına az hallarda rast gəlinir. Liqa sədri bildirib ki, ölkəmizdə uşaq əməyinin istismar olunması daha çox 90-cı illərdə baş verirdi:
"Konstitusiyamıza görə, 15 yaşdan aşağı olan uşaqların işə cəlb olunması qadağandır. 15-18 yaş arası uşaqlarla əmək müqaviləsinin bağlanmasını daha görmürəm. Bu yaş arasında müqavilə bağlananda gərək valideynlərdən birinin icazəsi olsun. Təbii ki, hərdən müxtəlif iaşə müəssisələrində, məsələn, şadlıq evlərində körpə qızlar və oğlanlar rəqs edirlər. Həmçinin həddi-buluq yaşına çatmayan uşaqlar gecə klublarına, barlara cəlb olunurlar”.
S.Məmmədovun sözlərinə görə, bütün dünyanın həll edə bilməyəcəyi bir dilemma var. Məsələn, ailə-fermer təsərrüfatları mövcuddur və uşaqlar orda işləyirlər. İstənilən rayon və kənd yerlərində uşaq dərsdən sonra tarlada işləyir, mal-qara otarır: "Bütün dünyada belə hallar var, bunun qarşısını almaq, valideyni cərimə eləmək mümkün deyil. Uşaq dərsdən gəlir, sonra qoyun otarır, mala baxır, təsərrüfatda meyvə yığır. Bu da bir başqa problemdir. Burda uşaq əməyindən istifadə edilir. Ola bilsin, bu, onun fiziki sağlamlığına ziyan vuracaq qədər ağır işdir. Belə halların qarşısını almaq olmur. Bu, bir növ uşaq əməyindən istifadə kimi qəbul edilir, istismar olaraq deyil. Çünki belə olan halda uşaq valideynlərinə kömək edir.
Ölkəmizdə uşaq əməyindən istismar etmək sahibkarlara sərf eləmir. Çünki işçi qüvvəsi çoxdur, uşaq əməyindən istifadə risklidir və cərimələr yüksəkdir. Ona görə də uşaq əməyindən çox istifadə etmirlər. Bəzi yerlərdə belə hal yaşansa da, bu problem bizdə ciddi deyil”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm