Azərbaycanda valyuta satışı kəskin azalıb
10:10 21.02.2018
Arxiv
941
2017-ci il ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyllərə uyğun formalaşıb.
"APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.
Bildirilir ki, tədiyyə balansının yaxşılaşması, ixracın genişlənməsi və idxalın əvəz edilməsi siyasəti nəticəsində valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirib.
"Bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4% möhkəmlənib. 2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olub. 2017-ci il ərzində valyuta bazarının ümumi həcmi ötən illə müqayisədə azalıb. Belə ki, ötən illə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 5,8%, avro ilə əməliyyatların həcmi isə 5,4% azalıb. Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17%-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24%-i banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 56,7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,8%-i hüquqi şəxslər ilə valyuta əməliyyatları təşkil edib. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən 2016-cı il ərzində 445,4 mln. dollar xalis valyuta satışı həyata keçirildiyi halda, 2017-ci ildə 26,5 mln. dollar xalis satış həyata keçirilib ki, bu da manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır,” – deyə icmalda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq
23:40 17.09.2026
Futbol
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm