Azərbaycanda yeni avtomobil icad edilib - VİDEO
16:10 17.02.2017
Arxiv
724
İşində peşəkar olmaq yüksək bacarıq tələb edir, amma bu istedad deyil. İstedad sahibi sənətdə, elmdə bəlli cizgiləri aşıb keçən, özünü kəşf edəndir. Belə istedad sahiblərindən biri də Göyçaylı Sadiq Məmmədovdur.
Süjetimizin qəhrəmanı peşəkar olmasa da, həvəskar kimi istedadından yararlanmağa çalışır. Elə hazırladığı bu yeni model avtomobil də onun istedadının bəhrəsidir.
Göyçayın Çərəkə kənd sakini, 22 yaşlı Sadiq Məmmədov yeni model avtomobil ixtira edib. Bəli, xaricdən bəsit görünüşü olsa da, bu avtomobil ağır mexanizm, güclü mühərrik və müxtəlif ehtiyat hissələrini bir araya gətirməklə ağıllı düşüncənin işləyib hazırladığı fərqli bir modeldir. Sadiq Məmmədov bu avtomobili beynində qurduğu sxemlər əsasında hazırlayıb. Özü də cəmi 200 manat xərci çıxıb.
Biroturacaqlı, sivri uclu, 4 təkərli avtomobil daha çox "Formula” yarışlarında iştirak edən avtomobillərə bənzəsə də, XX əsrin əvvəllərində istehsal olunan "Mercedes Simplex" modelinə də az bənzəmir. Üç ay müddətində qurulan bu avtomobil yüksək sürəti ilə görənləri təəccübləndirir.
Gündəlik nəqliyyat kimi istifadə olunan bu avtomobil sürücü ilə yanaşı, 70 kiloqram yük də daşıya bilir. Yanacaq sisteminin 4 litrə qədər tutumu var. Mühərriki isə arxa hissədə yerləşir. Bu avtomobil saatda 70 kilometr sürətlə hərəkət edə bilir.
İxtisasca qaynaqçı olan Sadiq Məmmədov hazırladığı avtomobilin ehtiyat hissələrini də özü hazırlayıb. Sadiqin sözlərinə görə, ixtira etdiyi bu avtomobili bir az da təkmilləşdirərək ona üst örtüyü əlavə etməyi, sürətin artırılması və yeni model avtomobillərdə olan komfortun alınması üçün işlər görməyi planlaşdırır. O, vətəndaşlar tərəfindən sifariş olarsa, Göyçay şəhərində işlədiyi çilingər sexində bu cür kiçik ölçülü avtomobillər hazırlaya biləcəyini deyib. Sadiq hər hansı bir şirkət tərəfindən köməklik olunarsa, yerli avtomobil istehsalında bir ilk etmək qərarında olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət