Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı
06:04 01.09.2018
Arxiv
433
Bu gündən Daxili İşlər Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır.
Bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət”) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.
Onun sözlərinə görə, hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün "ASAN xidmət” mərkəzlərində və Sumqayıt regional "ASAN xidmət” mərkəzlərində həyata keçirilir:
"Növbəti günlərdə regional "ASAN xidmət” mərkəzlərində yeni nümunəli şəxsiyyət vəsiqələrin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanacaq”.
Elnur Niftəliyev bildirib ki, hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər:
"Bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil. 15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur.
Belə ki, 10 gün müddətinə 5 manat, üç gün müddətində 25 manat, bir gün müddətinə isə 35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunur.
Belə ki, 10 gün ərzində 4 manat, üç iş günü müddətində 20 manat, bir iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib. Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə