"Azərbaycanın beynəlxalq reytinqi yüksəlib" - ABŞ səfiri
14:40 01.02.2018
Arxiv
763
İqtisadiyyat naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar, ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, ABŞ-a Azərbaycanın ixrac missiyasının təşkili və s. məsələlər barədə müzakirələr aparılıb.
Azərbaycan-ABŞ əlaqələrinin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdiyini vurğulayan nazir Şahin MustafayevAzərbaycanda sənaye parkları və məhəllələrində investorlar üçün əlverişli şərait yaradıldığını və ABŞ şirkətlərinin bu imkanlardan istifadə etməklə sənaye zonalarına, xüsusilə də Mingəçevir Sənaye Parkına investisiya yatıra biləcəyini diqqətə çatdırıb. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikirlərini bildirən Şahin Mustafayev bildirib ki, hazırda AmCham ilə Azərbaycanın ixrac missiyasının ABŞ-a səfərinin təşkilinə dair danışıqlar aparılır. ABŞ-ın kiçik və orta sahibkarlıq sahəsində böyük təcrübəsinin olduğunu qeyd edən iqtisadiyyat naziri bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
İqtisadiyyat naziri 2017-ci ilin ölkə iqtisadiyyatı üçün uğurlu olduğunu, sistemli iqtisadi islahatların aparıldığını, kompleks tədbirlərin həyata keçirildiyini və müsbət nəticələr əldə edildiyini vurğulayıb. Qeyd edilib ki, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, lisenziya və icazələr sisteminin təkmilləşdirilməsi, investisiya təşviqi mexanizminin tətbiqi, sənaye parkları və məhəllələrinin yaradılması belə tədbirlərdəndir: "Bakı-Tbilisi-Qarsdəmir yolunun istifadəyə verilməsi ötən ilin mühüm hadisələrindəndir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi isə davam etdirilir. Ələtdə azad iqtisadi zonanın yaradılması istiqamətində işlər aparılır, nəqliyyat sahəsində infrastruktur layihələri icra olunur".
2016-cı və 2017-ci illərdə Vaşinqtonda keçirilmiş Trans-Xəzər Tranzit Dəhlizi forumlarında Azərbaycanın tranzit imkanlarına dair təqdimatların keçirildiyini xatırladan Ş. Mustafayev bildirib ki, belə tədbirlər 2018-ci ildə də davam etdiriləcək: "Belə ki, bu ilin fevralında Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək və səfər zamanı ölkəmizin tranzit imkanlarına dair təqdimat keçiriləcək. Həmçinin, bu ilin martında Brüsseldə Avropa İttifaqı ilə keçiriləcək görüşlərdə nəqliyyat və yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə ediləcək, beynəlxalq nəqliyyat layihələri təşviq olunacaq".
Azərbaycanın turizm sahəsində də böyük potensiala malik olduğunu vurğulayan Ş. Mustafayev bu sahədə bir sıra layihələrin reallaşdırıldığını və tədbirlərin keçirildiyini bildirib.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini vurğulayıb, ABŞ-ın Bakı-Tbilisi-Qars layihəsinə marağını diqqətə çatdırıb. Azərbaycanda həyata keçirilən islahatlardan danışan Robert Sekuta vurğulayıb ki, iqtisadiyyatın diversifikasiyası və islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq reytinqini daha da yüksəldib, islahatlar korrupsiyaya qarşı mübarizə və biznes mühitinin yaxşılaşdırılmasında önəmlidir. ABŞ səfiri həmçinin, Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq, ABŞ-ın dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihələr barədə fikirlərini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm