Azərbaycanın Böyük Britaniyadakı səfirindən “Guardian”a cavab: “Dağlıq Qarabağ “mübahisəli” bölgə deyil”
19:31 01.10.2020
Arxiv
701
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniyanın nüfuzlu “Guardian” nəşrinə cavab məktubu ünvanlayıb.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, “Dağlıq Qarabağ Azərbaycana məxsusdur” başlıqlı məktubda səfir Tahir Tağızadə bölgədəki son hərbi əməliyyatlara bağlı “Guardian”da 27 sentyabr tarixində nəşr olunan məqaləyə cavab verib.
“27 sentyabr tarixində yayımlanmış “Ermənistan və Azərbaycan arasında mübahisəli region uğrundakı toqquşmalarda azı 16 ölü” başlıqlı məqalənizlə bağlı onu demək istərdim ki, Dağlıq Qarabağ “mübahisəli” bölgə deyil. Bu bölgə Ermənistan tərəfindən Azərbaycanın qonşu yeddi bölgəsi ilə birlikdə beynəlxalq hüququn kobud şəkildə pozularaq işğal edildiyi və etnik təmizlə aparıldığı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 1993-cü ildə qəbul edilmiş və işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT təhlükəsizlik şurasının dörd qətnaməsi (822, 853, 874, 884) hələ də yerinə yetirilməmiş qalır.
Ermənistan işğal siyasətini möhkəmləndirmək üçün işğal altındakı Azərbaycan torpaqlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) rejimini qurub. Bu kukla rejimi beynəlxalq ictimaiyyət tərəfindən, habelə Ermənistanın özü tərəfindən də tanınmayıb. Beləliklə, məqalənizdə yazıldığı kimi “Dağlıq Qarabağ hərbi qoşunları” deyə bir şey yoxdur.
Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə atəş açması nəticəsində bir ailənin beş üzvü həyatını itirib. Ermənistan on illərdir davam etdirdiyi işğalçılıq və təcavüz siyasətinin bilavasitə nəticəsi olaraq hərbi əməliyyatların yenidən başlanmasına görə bütün məsuliyyəti daşıyır”, - deyə səfir Tahir Tağızadə öz məktubunda qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya