Azərbaycanın cənubu "silkələndi"




Lerikdə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 10:05:51-də Lənkəran stansiyasından 16 km qərbdə Lerik ərazisində zəlzələ baş verib.

Zəlzələ 3,5 bal gücündə qeydə alınıb.

Yeraltı təkanların dərinliyi 9 km olub.