Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub
17:36 20.10.2019
Arxiv
496
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Pakistanın silahlı qüvvələrinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığından, əlamətdar günlərdə yüksək səviyyəli heyətlə qarşılıqlı iştirakdan məmnunluq ifadə olunub, regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğalçı ölkənin vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi haqqında danışılıb. Söhbət zamanı bu sahədə təcrübə mübadiləsinin aparılması, birgə təlimlərin, qarşılıqlı səfərlərin təşkilinin davamlı olması haqqında fikir mübadiləsi də aparılıb.
Zübair Mahmud Hayat iki ölkə arasındakı münasibətlərin nümunəvi xarakter aldığını, Pakistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanı daim dəstəklədiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm