Azərbaycanlı deputat Minsk qrupundan HESABAT İSTƏDİ

"Azərbaycanın hər hansı bir dövlətin ərazisində gözü yoxdur. Buna görə də Azərbaycan -Ermənistan sərhəddində gərginliyin azaldılması, yəni dövlət sərhədlərində atəşkəsə nail olunması bizim də maraqlarımıza uyğundur".
Bunu "Sherg.az"a Azərbycan- Ermənistan prezidentlərinin Düşənbə görüşün nəticlərindən danışarkən millət vəkili Elman Məmmədov bildirib. Deputat qeyd edib ki, operativ əlaqələndirmə mexanizmərinin təmin edilməsi hərbiçilərin işidir:
"Amma onu deyim ki, təmas xəttində gərginliyin azaldılması heç də o anlama gəlməməlidir ki, Azərbycan ərazilərinin qaytarılmasını iddia etməyəcək. Bilirik ki, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan prinsipial mövqeyi dəyişilməz qalır. Yəni Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və gec-.tez torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənistanın ölkəmizin həyata keçirdiyi layihələrə qoşulması o vaxt mümkün olacaq ki, Ermənistan işğal etdiyi Azərbycan torpaqlarını qeyd-şərtsiz boşaltsın".
Parlamentari Azərbaycan- Ermənistan XİN başçılarının Nyu-York görüşünə də diqqət çəkib:
" Həmin danışıqlarda həmsədrlər çox narahat olduqlarını bəyan ediblər. Və hətta hər iki tərəfdən izahat tələb etmək fikirində də olublar ki, atəşkəsin təmin olunmaması bizi narahat edir, hər iki tərəfdən izahat istəyirik ki, bunu dayandırsınlar. Mən bir Azərbaycan vətəndaşı kimi həmsədrlərə sual verirəm: torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması, BMT-in məlum dörd qətnaməsinin həyata keçirilməsi, Dağlıq Qarabağla bağlı işğala son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün hansı işiləri görmüsünüz ? 
Bunun hesabatını verin, ondan sonra Azrbaycandan nəysə tələb edin. İndi istəyirsiniz ki, Azərbaycan- Ermənistan sərhəddində gərginlik olmasın, atəşkəsə əməl olunsun. Ancaq nə qədər ki işğalçı dövlətin ordusu, silahlı birləşməsi Azərbaycanın torpaqlarındadır, nə qədər ki, Azərbaycanın torpaqlarında separatçı cinayətkar qondarma qurum mövcuddur, heç vaxt təmas xəttində atəşkəs olmayacaq, heç vaxt onların dediyi gərginlik aradan qalxmayacaq".
Kənan Eynuroğlu