"Azercell" gənclərə növbəti dəfə iş imkanı yaradıb
13:57 03.03.2020
Arxiv
405
“Azercell Telekom” MMC gənclərin təhsili, peşəkar inkişafı və işlə təmin olunması, əmək bazarına uyğunlaşmasına, öz ixtisasları üzrə uğurlu karyera qurmasına kömək, həmçinin onların işlə təmin olunmasına dəstək məqsədi ilə növbəti əmək yarmarkasında iştirak edib.
Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətləri və Beynəlxalq Təlim və Layihə Mərkəzi MMC-nin birgə təşkilatçılığı ilə Lənkəran və Qubada təşkil olunan əmək yarmarkalarına “Azercell” nümayəndələri də qatılıb.
“Azercell” şirkətinin İnsan Kapitalının İdarə Edilməsi şöbəsinin əməkdaşları yarmarka iştirakçılarına əmək bazarındakı son tendensiyalardan bəhs edib, şirkətdə mövcud olan vakansiyalar barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Xatırladaq ki, layihə çərçivəsində gənclərin inkişafına istiqamətlənmiş müxtəlif fəaliyyət növləri – özünəməşğulluğa, əmək bazarına çıxışa dəstək, potensialın artırılması və digər məsələlər yer alıb.
Qeyd edək ki, “Azercell” mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, dövlət qurumları və digər təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. 2019-cu ildə ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyan 67 gənc şirkətin Tələbə proqramlarından yararlanıb, “Azercell” Akademiyası tərəfindən şirkətdaxili və müxtəlif təşkilat və qurumlara 161 tədris sessiyaları keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya