“Azərenerji” sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərini yenidən qurur
09:12 18.02.2019
Arxiv
472
"Azərenerji” ASC "Reabilitasiya Planı”na uyğun olaraq, istilik, su və kiçik elektrik stansiyaları, yarımstansiyalar o cümlədən enerjinin idarəedilməsi üçün dispetçer idarəetmə mərkəzi ilə yanaşı sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində də kompleks yenidənqurma və bərpa işləri həyata keçirir.
"Sherg.az" xəbər verir ki, sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində aparılan işlərin bir hissəsi başa çatıb, böyük hissəsi davam edir və edəcək.
Qeyd edək ki, sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində tikinti və yenidənqurma işlərinin aparılması enerjisistemin dayanıqlığı, etibarlığı və fasiləsizliyi üçün başlıca şərtlərdən biri olmala yanaşı texniki itkilərin aradan qaldırılmasında da xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda elektrik enerjisinin idxal və ixrac əməliyyatlarında da əsas yük, həm də ötürmə xətlərinin üzərinə düşür. Ən əsası isə yüksəkgərginlikli ötürmə xətlərinin 69 faizi istismar müddətini keçdiyindən onların yenilənməsi təhlükəsizlik baxımından olduqca vacibdir.
Bu səbəbdən də ötən ilin sentyabr ayında aparılan kadr islahatlarından sonra başlanan sürətli və növbəli iş rejimi nəticəsində yüksəkgərginlikli 330 kV-luq 3-cü İmişli, 220 kV-luq ikidövrəli 1-ci və 2-ci Zabrat, 110 kV-luq 2-ci Göyçay, 1-ci və 2-ci Kimyaçılar, 1-ci, 2-ci, 3-cü, 4-cü "Səkkizinci kilometr” və 1-ci "Əhmətli” hava xətlərində aparılan tikinti yenidənqurma işləri yekunlaşıb.
"Cənub” Elektrik Stansiyası ilə "Xırdalan” yarımstansiyası arasında 220 kV-luq ikidövrəli hava xəttinin tikintisi başa çatmaq üzrədir.
Eyni zamanda 220 kV-luq 3-cü, 6-cı Masallı, 110 kV-luq 3-cü "Sabirabad”, 1-ci, 2-ci Lənkəran, 3-cü Suraxanı, 2-ci Maştağa, 3-cü Kürdəmir, 3-cü Yevlax, Yalama hava xətlərində və digər istiqamətlərdə də tikinti-quraşdırma işləri yekunlaşmaq mərhələsindədir. Paralel olaraq Azərbaycanla-Gürcüstan arasında çəkilən beynəlxalq miqyaslı 330 kV-luq Ağstafa-Qardabani hava xəttinin ikidövrəli variantda yenidən qurulması layihəsi üzrə işlər sürətlə davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət