B və C hepatitləri müalicə olunan xəstəliklərdir
05:08 28.07.2018
Arxiv
774
Sevindik Arazov, “Medikal Plaza” Klinikasının terapevt-qastroenteroloqu
Sağlamlıq insanın malik olduğu ən böyük bir nemətdir. Bizim fiziki halımızın göstəriciləri həyat keyfiyyətimizi müəyyənləşdirir. Təəssüflər olsun ki, hazırda bir çox xəstəliklərin yayılma arealı çox genişdir və bu da cəmiyyətimizin ümumi rifahına mənfi təsirini göstərir. 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində dünyada əsasən yoluxucu xəstəliklər geniş yayılaraq çoxlu sayda insan ölümünə səbəb olurdusa, hazırda bu tendensiya daha çox qeyri-yoluxucu xəstəliklərin artımında özünü büruzə verir.
Amma 21-ci əsrdə bizlərə qeyri-yoluxucu xəstəliklərlə birgə AİDS və VİRUS hepatitləri də miras qalıb.
VİRUS hepatitləri B və C dünya səhiyyəsi üçün çox ciddi bir problem olaraq qalmaqdadır. Hazırda planet əhalisində 325 milyon insanda bu, diaqnozlaşdırılıb. Amma bu, aşkarlananların cəmi 10 faizidir. Hər il bu xəstəliklər səbəbindən 1,34 milyon insan vəfat edir. Bu problemə dünya ictimaiyyətinin diqqətini yönəltmək, həll yollarını axtarmaq və problemi çözmək üçün hər il 28 iyulda Dünya Hepatit Günü (WORLD Hepatitis Day) qeyd olunur. İlk dəfə 2008-ci ildə hepatitlərlə mübarizə Beynəlxalq Alyansının təşəbbüsü ilə keçirilən bu tədbir 2011-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının təqviminə salınaraq rəsmi status almış və 28 iyulda planetin bir çox ölkələrində qeyd edilməkdədir. Bu tarix - yəhudi əsilli amerikan həkimi, alimi Barux Samuel Blumbergin (Baruch Sammel Blumberg 28.07.1925-05.04.2011) doğum tarixidir.
1976-cı ildə Karlton Hayduzeklə birlikdə fiziologiya və təbabət sahəsində Nobel mükafatına layiq görülən Blumberg virus hepatiti B-nin törədicisini Avstraliya aborigeninin qanında aşkarlamışdır.
28 iyul Dünya Hepatit Günü əsas məqsəd - ictimaiyyəti maarifləndirmək, xəstəliyindən xəbərsiz milyonlarla insanı hepatitlərə yönəlik müayinə etmək, xəstəliyə qarşı mübarizə tədbirləri və xəstəliyin fəsadlarının qarşısının alınması üçün bilgiləndirməkdir. Ümumdünya Səhiyyə Təşkilatının 2016-cı ildə qəbul etdiyi proqram və strategiyaya əsasən, bütün dünya ölkələrində 2030-cu ilə qədər "Xroniki Virus Hepatitlərinin eliminasiyası proqramı”nın əsas müddəaları:
1. B və C hepatitli xəstələrin diaqnozlaşdırılmamış 90 faizinə diaqnoz qoyulmalı;
2. Xəstələr serroz və ya xərçəng olmadan erkən müəyyənləşdirilməlidir;
3. Diaqnozu dəqiqləşdirilmiş xəstələrin ən az 80 faizi müalicəyə cəlb olunmalıdır;
4. Virus hepatitləri ilə əlaqəli ölümləri 70 faizədək azaltmalı.
Bunun üçün isə xəstəliyindən xəbərsiz milyonlarla insan müəyyənləşdirilib, diaqnoz qoyulmalıdır. Riskli qruplar peşəkar həkimlər tərəfindən diqqətdə saxlanılmalıdır. Riskli qruplara:
- Damardaxili uyuşdurucu istifadə edənlər
- 1995-ci ildən əvvəl qan və qan komponentləri transfuziyası olanlar
- İstənilən cərrahi əməliyyat və tibbi müdaxiləyə məruz qalanlar
- Perinatal (anadan övladına doğuş zamanı) yoluxma
- Tibb işçiləri (xəstələrin qan və bədən ifrazatları ilə təmas)
- Yoluxmuş xəstələrin ailə üzvləri
- Hemodializ xəstələri
- Döymə, pirsinq və digər kosmetoloji prosedura məruz qalanlar
- Cinsi yolla yoluxma aiddir.
Xronik B və C hepatitləri qarşısı alına bilən və müalicə olunan xəstəliklərdir. Hepatit C birbaşa təsir göstərən virus əleyhinə dərmanlarla 95 faiz hallarda tam sağalır. Hepatit B isə universal peyvəndlənmə ilə aktiv qorunma yaradır.
Bəsit, hər bir xəstəxanada və laboratoriyada yoxlanıla bilən hepatit B və hepatit C testləri ilə xəstəliyi müəyyənləşdirmək, gərəkirsə müalicə olunmaq və peyvəndlənmək hər birimizin vətəndaş borcumuzdur.
Müayinənin
Müalicənin ZAMANIDIR!
Sağalmanın
2030-cu ilə virus hepatitli xəstə qalmasın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm