Bakcell jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı seminar keçirib
19:01 25.12.2018
Arxiv
277
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər üçün növbəti dəfə "Mobil telekommunikasiyaya giriş” adlı seminar keçirib.
Ardıcıl olaraq beş ildir ki təşkil olunan ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalistin iştirak etdiyi seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.
"Mobil telekommunikasiya ən sürətlə inkişaf edən sahələrdən biridir. Buna görə də mobil rabitə xidmətindən istifadə edən abunəçilərin davranış və tələbləri, eyni zamanda mobil operatorların təklif etdiyi məhsul və xidmətlər tez-tez yenilənir. Telekommunikasiya və informasiya texnologiyaları sahəsindən yazan jurnalistlərin bu sahədəki yeniliklərdən xəbərdar olması və onların peşəkarlığının artırılması üçün biz bu layihəni davamlı olaraq həyata keçiririk”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.
Şəki şəhərində keçirilən seminarda "Mobil internetdə son durum: tətbiqlər və cihazlar”, "Video istehlakı – müasir kontent siyasətin aparıcı gücü”, "Mobil Maliyyə xidmətləri”, "Müştəri Xidmətlərinin Rəqəmsallaşdırıması”, "4G şəbəkəsinin üstünlükləri və əhatə dairəsi” və "Rəqəmsal Nəsil” mövzularında interaktiv sessiyalar keçirilib. "Bakcell”-in müvafiq sahələr üzrə aparıcı mütəxəssisləri həmçinin jurnalistlərə şirkətin ən son məhsul və xidmətləri, o cümlədən "Wi-Fi Evinizdə” adlanan cihaz barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki seminar 2 gün davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə