
Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib
08:18 13.11.2017
Arxiv
606
12 noyabr Konstitusiya Günü münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Respublika Velotrekində keçirilən və maraqlı anlarla yadda qalan yarışda liseyin 5-6 və 7-8-ci sinif şagirdləri komanda şəklində iştirak ediblər.
"Sherg.az" xəbər verir ki, əməkdar məşqçisi Əbülfəz Məmmədovun baş hakimlik etdiyi yarışda Azərbaycanda istehsal olunan «İSMA» velosipedlərindən istifadə olunub.

Sonda Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və liseyin müdiri Hüseyn Dəmirəl yarışın qaliblərini diplomalar və medallarla mükafatlandırıblar.
Mükafatlandırma mərasimində çıxış edən Hüseyn Dəmirəl yarışın gözəl bir tarixə təsadüf etdiyini deyib: «Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 22 il ötür. Biz də bu tarixi gün münasibətilə şagirdlərimiz arasında velosiped yarışı keçirməyə qərar verdik. Mən bu yarışın keçirlməsində bizə yaradılan gözəl şəraitə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, liseyimizlə Federasiya arasındakı əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək».
Öz növbəsində Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edən Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev ölkəmizdə idmanın inkişafı üçün atılan addımların öz bəhrəsini verdiyini bildirib: «Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın bütün növləri kimi, velosiped idmanı da inkişaf dövrünü yaşayır. Biz də dövlət başçısının bu diqqət və qayğısından güc alaraq, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Bu gün maraqlı bir idman yarışının şahidi olduq və inanıram ki, yarışda iştirak edən lisey şagirdləri arasından gələcəyin məhşur idmançıları da yetişəcək. Eyni zamanda Azərbaycan Velosiped İdmanı Federasiyası olaraq liseylə əməkdaşlığı davam etdirməyə hazırıq».
Qeyd edək ki, yarışdan sonra liseyin rəhbərliyi, valideynlər və şagirdlər Respublika Velotrekində yaradılan Velosiped muzeyində və "İsma bikes" satış və sərgi mərkəzində olublar. Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilati işlər üzrə menecerı Faiq Qurbanov istər muzeydə sərgilənən, istərsə də satış mərkəzində olan velosipedlər haqqında ətraflı məlumat verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi