“Bakı Metropoliteni” növbəti açılış dövrünə hazırlaşır
13:33 23.10.2020
Arxiv
504
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Xocasən” elektrik deposunun tikinti işlərinin davam etdirilməsi ilə əlaqədar satınalmalar həyata keçirib.
Oxu.Az-ın elektron dövlət satınalmaları portalından əldə etdiyi məlumatına əsasən, “Bakı Metropoliteni” QSC bu istiqamətdə üç şirkətlə, ümumi dəyəri 443 min 797 manat həcmində müqavilələr bağlayıb.
Belə ki, metropolitenin yeni bənövşəyi xəttinə aid olan “Xocasən” elektrik deposunun “Blok Post” binasında, 1 və 2 saylı Nəzarət Buraxılış Məntəqələrində kondinsioner sisteminin quraşdırılması işlərinin həyata keçirilməsi üzrə Türkiyənin “DNZ Mühendislik” şirkəti ilə dəyəri 122 min 989 manat olan müqavilə imzalanıb. Həmin məntəqələrin santexnika və istilik sistemlərinin quraşdırılması işləri “TMS LTD” MMC-yə həvalə edilib. Şirkət ilə 66 min 858 manat dəyərində müqavilə bağlanıb.
Həmçinin, elektrik deposunun mənzil tunellərində və 1A saylı ventilyasiya şaxtasında yanğın-texniki su xəttinin çəkilməsi işləri də “TMS LTD” MMC-yə tapşırılıb. Şirkətlə dəyəri 179 min 772 manat olan müqavilə imzalanıb.
Eyni zamanda, deponun ərazisində müxtəlif obyektlərdə və “B-3” stansiyasındakı Nəzarət Buraxılış Məntəqələrinin dizel generatorları binasında və 3 saylı ventilyasiya şaxtasında yanğın siqnalizasiya sisteminin quraşdırılması işləri üzrə “Fire Company” ilə razılıq əldə edilib. Satınalma üzrə şirkətə 74 min 178 manat vəsait ödəniləcək.
Qeyd edək ki, hazırda “Bakı Metropoliteni”nin “Xocəsən” elektrik deposunun tikintisi davam etdirilir. Deponun inşası ilə bağlı işlər qrafikə uyğun gedir. Birinci mərhələdə depo üç stansiyada xidmət göstərəcək qatarlara lazımi infrastruktur, təmir, qulluq baxımından önəmli rol oynayacaq. İkinci mərhələdə “Avtovağzal” - “Xocəsən” istiqamətində tunellərin inşasının başa çatması planlaşdırılır. Tunellərdən birində yol inftastrukturunun qurulması başa çatdırılıb. Digər tuneldə də bu istiqamətdə işlər davam etməkdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil