Bakı Şəhər Halqasının keçdiyi Niyazi küçəsindəki qəmbər daşlı hissə asfaltlanır
13:56 15.04.2017
Arxiv
381
Bu il iyunun 23-25-də təşkil olunacaq Formula-1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı Şəhər Halqasında asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi üçün aprelin 15-də trekin Niyazi küçəsindən keçən qəmbər daşlı hissəsinə asfalt örtüyünün çəkilişi işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer hazırda qəmbər daşlarının üzərinə qoruyucu təbəqə kimi çınqıl qatının döşəndiyini bildirib. Beynəlxalq Avtomobil Federasiyasının müvafiq standartlarına əsasən, bu hissəyə üçqat asfalt döşənəcəyini vurğulayan T.Butçer qeyd edib: "Burada görülən tikinti işləri əsasən həftə sonu və həftənin ilk günlərində həyata keçiriləcək ki, şəhər sakinlərinin hərəkətinə maneə olmasın. Bu hissədə asfatlanma işlərini yeddi gün ərzində başa çatdırmağı planlaşdırmışdıq. Lakin hava şəraitindən asılı olaraq işlərimizi beş gün ərzində də tamamlaya bilərik. Burada görülən işlər ötən il trekin bütün hissələrində asfalt işlərini həyata keçirən yerli şirkət tərəfindən həyata keçirilir”.
Tom Butçer trekin asfalt qatının yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar aparılacaq işlərin üç mərhələdə həyata keçiriləcəyini bildirib: "İlkin mərhələdə trekin 15-ci və 16-cı döngələri arasında yerləşən qəmbər daşlı hissəsinə qoruyucu qat çəkilərək yol hamarlaşdırılacaq. Aprelin 20-dən 23-dək davam edəcək ikinci mərhələdə qəmbər daşlı hissəyə sonuncu asfalt qatı çəkiləcək. Asfalt çəkilişinin sürətlə aparılması üçün 15-23 aprel tarixləri ərzində trekin İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsi ilə kəsişməsindən Niyazi küçəsinədək olan hissəsi və həmçinin buradan Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Sonuncu mərhələyə aprelin 23-də start veriləcək. Mayın 1-dək davam edəcək proses çərçivəsində Bakı Şəhər Halqasının bütün asfalt örtüyünə baxış keçiriləcək və ehtiyac olduğu yerlərdə təmir-bərpa işləri aparılaraq trek yarış üçün tam hazır vəziyyətə gətiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region