Bakıda 5 ərazidə piyada keçidləri tikilir
15:21 07.03.2019
Arxiv
699
Paytaxtda 5 ərazidə yerüstü və yeraltı piyada keçdiləri inşa edilir.
Bu barədə Lent.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.
Sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Hal-hazırda Bakı şəhərində 5 ərazidə piyada keçidlərinin inşası aparılır ki, bunlar Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi. Piyada keçidinin uzunluğu 57.4 metr, qalereyasının eni 4.4 metr, hündürlüyü isə 3.2 metrdir. Keçid bağlı qazma üsulu ilə inşa edilir.
Bundan başqa Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, "Şamaxı yolu” adlanan ərazidə yerüstü piyada keçidi olacaq. Keçidin uzunluğu 227 metr, eni 2.7 metr yoldan hündürlüyü isə 5.5 metrdir. Piyada keçidi "asma” tipli və üst hissəsi açıq olacaq.
Qala- Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçidi tikili və keçidin uzunluğu 45 metr, eni 3.5 metr, yol üzərindən hündürlüyü isə 5.5 metr təşkil edir.
Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi olacaq ki, ümumi uzunluğu 59.4 metr, oxdan-oxa uzunluğu 52 metr, kənar dayaqlarda hündürlük isə 5.15 metr təşkil edir.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməli dairəsinin yanı). Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Keçidin eni 3 metr, yol səthindən hündürlüyü 5.5 metr təşkil edəcək.
Bundan başqa daha 5 yerdə də yeni piyada keçidlərinin inşası nəzərdə tutulur. Bunlar Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində, Xətai rayonu, Neapol küçəsi (parkın yanı), Zığ yolunda (Zığ dairəsinin yaxınlığı),
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27.7-ci km-də (Ceyranbatan qəsəbəsi), Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədio avtomobil yolunun 39-cu km-də (Qaradağ rayonu) olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya