Bakıda biznes mərkəzdə yanğın baş verib





Bakı şəhərinin Nərimanov rayonunda biznes mərkəzdə yanğın qeydə alınıb.  FHN-dən verilən məlumata əsasən, 6 mərtəbəli binanın divar üzlüyü 36 m2 sahədə və yaxınlıqda quraşdırılmış reklam lövhəsi 2 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.