Bakıda bu binalar söküləcək - RƏSMİ
14:09 22.06.2021
Arxiv
400
"Hər bir binanın istismar müddəti var. Onların statistikası hələ ki hazırlanır".
"Sherg.az" baku.ws-ə istinadən bildirir ki, bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində yayımlanan "Ekspert saatı"nda çıxışı zamanı deyib.
O bildirib ki, bu il Bakıda istismar müddəti bitən binaların yenilənməsi barədə məlumatlar toplanır:
"Bu gün bu barədə statistika vermək mümkün deyil. Yəqin ki, bu barədə məlumatlar ilin sonunda təqdim ediləcək hesabatlarda öz əksini tapacaq.
Ümumiyyətlə bina və yaşayış məntəqəsindən asılı olaraq tikililərin yenilənməsi, söküb yenidən tikilməsi və ya restavrasiyası prosesləri var.
Yenilənməyə, sökülməyə zərurət olan binalar Bakının Baş Planında nəzərdə tutulacaq. Bütün bunlar müvafiq qaydalara uyğun şəkildə proqnozlaşdırılır".
Qeyd edək ki, Bakı şəhəri üzrə meriyanın balansında olan 108 ədəd istismara yararsız bina mövcuddur.
Bakı meriyasından BAKU.WS-ə bildirilib ki, hazırda BŞİH-in balansında 11 min ədəd çoxmənzilli yaşayış binası mövcuddur:
"Bu binalardan 108-i istismara tam yararsız vəziyyətdədir. Həmin binanın yararsız olması və insanların köçürülməsi barədə bizə artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, biz Nazirlər Kabinetinə də artıq müraciət etmişik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət