Bakıda liftlərin əyləc dolağını oğurlayan saxlanılıb
10:26 18.02.2019
Arxiv
519
Bakıda liftin hissələrini oğurlayan keçmiş məhkum saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə fevralın 14-də Nizami küçəsindəki binaların birindən liftin əyləc dolağının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər oğurluq və qəsdən sağlamlığa ağır zərər vurmağa görə məhkum olunmuş R.Əliyev olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, R.Əliyevin cari ilin yanvar ayının 24-dən fevral ayının 12-dək olan müddətdə paytaxtın Azadlıq prospektində, S.Vurğun, Nizami və Ü.Hacıbəyov küçələrində yerləşən binalardan 13 liftin əyləc dolaqlarını oğurlaması da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət