Bakıda marşrut avtobusu yük maşını ilə toqquşdu: "Qazel" obyektə çırpıldı




Bakıda avtobus qəzası baş verib.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda qeydə alınıb.

"İsuzu" markalı xətt avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarındakı obyektə çırpılıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.