Bakıda məktəb direktoru müəllimdən hicabını açmağı tələb edib? - RƏSMİ AÇIQLAMA
14:04 21.09.2020
Arxiv
692
Sosial şəbəkədə 185 saylı məktəbin direktorundan şikayət yayılıb. Paylaşım edən şəxs iddia edir ki, direktor təhsil sistemində qaydaları saymır.
Belə ki, məktəb direktorunun MİQ-dən 55 bal toplayan və Təhsil Nazirliyinin əmri ilə 185 saylı məktəbə göndərilən hicablı müəllimə qarşı hörmətsizlik etdiyi irəli sürülür.
İddiaya görə, direktor müəllimin hicablı olmasına etiraz edərək, “ya hicabını aç, ya da burada işləyə bilməzsən” deyib.
Məsələ ilə bağlı 185 saylı orta məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, irəli sürülən iddia əsassızdır:
“Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək, 185 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi işləmək hüququ qazanmış Aynur Əziz 16.09.2020-ci il tarixində məktəbin direktoru Esmira Rzaquliyevanın qəbulunda olub.
Qeyd edək ki, məktəbə hicab geyim növü ilə gəlmiş həmin xanımla geyiminin dəyişdirilməsi barədə deyil, dərs zamanı geyiminə xüsusi fikir verməsi və səliqəyə salınması ilə bağlı söhbət əsnasında tövsiyə verilib. Aynur Əziz isə geyimi ilə bağlı dəyişiklik etmək istəmədiyini bildirib, sənədlərini təsdiqlənməsi üçün təqdim etmədən məktəbi tərk edib.
Belə ki, 185 nömrəli tam orta məktəbdə daha öncəki illərdə də hicablı müəllimlər fəaliyyət göstərib. Həmin müəllimlərə hicabı açmaları ilə bağlı heç bir göstəriş verilməyib. Bildiririk ki, 185 nömrəli tam orta məktəbdə ingilis dili fənni üzrə vakant dərs saatları mövcuddur. Aynur Əziz sənədlərini təsdiqlənməsi üçün elektron kabinetində qoyulmuş müddəti ötürmədən, məktəb rəhbərliyinə təqdim etdiyi təqdirdə işə başlaya bilər”.
Məktəbdən verilən açıqlamada o da qeyd edilib ki, sinfə daxil olan müəllim geyimi ilə nümunə olmalıdır. Tələb ondan ibarətdir ki, müəllimlər səliqəli geyinməli, görünüşü və davranışı baxımından nümunəvi olmalıdırlar. “Müəllimlərin etik davranış qaydaları”nda da müəllimin geyimi ilə bağlı məsələlər öz əksini tapıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin səhhəti kəskin pisləşdi
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm
Qonçarenko: Zelenski kameralardan kənarda rus dilində danışır
13:39 07.08.2026
Gündəm
Təl-Əviv Ankaranı kənarda saxlayan yeni regional ox qurur - ŞƏRH
13:31 07.08.2026
Region
Saakaşvili: Məni buna görə bağışlaya bilmirlər
13:25 07.08.2026
Region
Media reyestrinin aparılması qaydaları dəyişdi - FƏRMAN
13:10 07.08.2026
Gündəm
Şagird məktəbdə qətliam törətdi: 9 ölü...
12:46 07.08.2026
Hadisə
Bakıda moped və motosiklet oğurlayanlar həbs olundu
12:35 07.08.2026
Hadisə
Tərtərdə ər-arvadın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub
12:04 07.08.2026
Hadisə
Tərtərdə ər-arvadın öldüyü yanğının qəsdən törədildiyi məlum olub
11:42 07.08.2026
Hadisə
Bakının mərkəzində obyekt yanır
11:38 07.08.2026
Hadisə
SEPAH generalı: Mehdinin zühuruna hazırlıq görürük
11:33 07.08.2026
Gündəm
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi ittifaq yaradır
11:01 07.08.2026
Gündəm
Paşinyan Qırğızıstanın inkişaf tempini yüksək qiymətləndirib
10:53 07.08.2026
Dünya