Bakıda mənşəyi bilinməyən ət satışının qarşısı alındı
13:09 24.06.2019
Arxiv
660
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan "Sherg.az"a verilən məlumata görə, Səbail rayonunda qanunsuz heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Səbail rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələri əməkdaşlarının da iştirak etdiyi reyd zamanı satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb.
Qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə sonuncu dəfə xəbərdarlıq edilib, bu fəaliyyətin təkrarlanacağı təqdirdə inzibati qaydada tədbirlərin görüləcəyi bildirilib. Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya