Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü: yaralılar var - YENİLƏNİB
12:04 22.11.2017
Arxiv
297
Daxili İşlər Nazirliyi Bakıda yük maşını ilə sərnişin avtobusunun toqquşması hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 21-də saat 13 radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Lənkəran şəhər sakini Yusif Həsənov idarə etdiyi "Hovo” markalı yük avtomobilini yolun kənarında dayanmış "İsuzu” markalı 149 saylı marşrut avtobusuna vurub. Nəticədə avtobusdakı sərnişinlərdən 4-ü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanılıb. Yük avtomobilini idarə edən Y.Həsənov qeyd olunan maddə ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
*****
9:54
Bakıda yük maşını ilə sərnişin avtobusu toqquşub. Lent.az xəbər verir ki, Qaradağ rayonu ərazisində, Bakı-Qazax magistralının 16-cı kilometrliyində "Hovo" markalı, 99 DH 408 dövlət qeydiyyat nişanlı yük avtomobili, "İsuzu" markalı, 90 JX 895 nömrəli sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobusda olan 2 qadın və 2 kişi sərnişin ağır xəsarət alıb.
Bildirilir ki, qəza yük maşınının sürücüsünün ehtiyatsızlığı səbəbindən baş verib. Avtobus yol kənarında dayanarkən arxadan gələn yük maşını ara məsafəsinin düzgün seçilməməsi səbəbindən avtobusa çırpılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya