Bakıda siyasi partiya rəhbərləri ilə görüş keçirilir
08:13 03.10.2020
Arxiv
534
Oktyabrın 3-də Bakıda siyasi partiya rəhbərləri ilə “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans formatında görüş keçirilir. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iştirak edir.
"Sherg.az"ın məlumatına görə, görüşdə çıxış edən şöbə müdiri Ədalət Vəliyev sentyabrın 27-də səhər saatlarından Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törətdiyini, düşmənin iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutması nəticəsində cəbhəboyu rayonlarda mülki əhali və hərbi qulluqçular arasında həlak olanların və yaralıların olduğunu bildirib.
Sonra torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan hərbçilərimizin, həmçinin mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalini, kəndləri, şəhərləri, infrastruktur obyektlərini hədəf alaraq artilleriya atəşinə məruz qoyması beynəlxalq hüquqa ziddir və bu təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır.
Ədalət Vəliyev siyasi partiyaların Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaymasının milli həmrəyliyi təcəssüm etdirdiyini vurğulayıb, ölkədə siyasi dialoqun bundan sonra da davam etdiriləcəyini bildirib.
Ölkədə siyasi partiyalarla aparılan dialoqun uğurlu nəticələrindən də bəhs olunduğu görüş digər çıxışlarla davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astanada sərnişin PUA-sı sınaqdan keçirilib
13:44 06.08.2026
Dünya
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
13:40 06.08.2026
Dünya
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya