Bakıda taksilərlə bağlı yenilik - Daha turistlərə qiymət "oxuya" bilməyəcəklər
08:39 29.07.2018
Arxiv
711
Biz ölkənin yüksəlişinə çalışırıq, qeyri-neft sektorunun inkişafı üçün ölkəyə daha çox turist cəlb etməklə turizm sektorunu genişləndirmək istəyirik. Və Azərbaycan özünün bu məqsədinə müəyyən mənada çata bilib.
Lakin hava limanından ölkəyə ilk addımını qoyan andaca aldadılan, ağac kölgəsini 5 manata satın alan turistlərlə bağlı da məlumatlar yayılır. Bu gün hava limanında düşüb, 5 manatlıq məsafəni 25 manata gedən turistlər taksi biabırçılığı ilə qarşılaşırlar.
Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, hava limanı ölkənin giriş qapısı sayılır:
"Əlbəttə ki, hava nəqliyyatı ilə ölkəmizə gələnlərə, o cümlədən sərnişinlərə göstərilən taksi xidmətinin indiki vəziyyəti heç bir halda bizi qane edə bilməz. Bakı Nəqliyyat Agentliyi bu narahatedici məqamın aradan qaldırılması üçün hələ bir müddət əvvəl məsələ qaldırıb. Bununla bağlı xüsusi konsepsiya da hazırlanıb. Konsepsiyaya əsasən hava limanında müasir və komfortlu nəqliyyat vasitələri ilə taksi xidməti göstəriləcək.
Bakı Nəqliyyat Agentliyi hava yolu ilə ölkəmizə gələnlərin hava limanında taksi xidmətindən istifadəsini asanlaşdırmaq üçün müasir innovasiyalara əsaslanan alətlərin hazırlanması istiqamətində də iş aparır”.
M.Ağayev deyib ki, yeni konsepsiyaya görə, taksi sürücüləri turistlərə qiymət "oxuya” bilməyəcəklər:
"Hava yolu ilə Bakıya gələn şəxs artıq əvvəlcədən müəyyən proqram təminatı vasitəsi ilə taksi sifarişi edə biləcək. Hazırda bunun üzərində iş gedir. Hava limanı taksi konsepsiyasında digər bir vacib məqam müştəri ilə sürücü arasında qiymət sövdələşməsinin aradan qaldırılmasıdır.
Belə ki, hava limanından paytaxtın müxtəlif istiqamətlərinə əvvəlcədən müəyyən edilən tariflər olacaq. Zonalar üzrə müəyyən edilən tariflər barədə Bakı Nəqliyyat Agentliyinin hava limanı terminallarında təşkil etməyi planlaşdırdığı informasiya məntəqələrindən də məlumat əldə etmək mümkün olacaq. Bir sözlə, hava yolu ilə gələn şəxs artıq ona göstəriləcək taksi xidmətindən, həm də müasir xidmətdən yararlanmaqla şəhərimizin inkişafı ilə bağlı xoş təəssürat alacaq. Onu da qeyd edim ki, hava limanı taksi konsepsiyası ilə bağlı yaxın vaxtlarda konkret addımların atılmasına başlayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya