Bakıda yumşaq kresloda oturub qərar vermək olmaz
23:19 20.11.2017
Arxiv
409
Ekspert hesab edir ki, bütün siniflərdə təmayülləşmə kütləvi savadsızlığa aparacaq
Təhsil nazirinin müavini Firudun Qurbanovun sözlərinə görə, yeni hazırlanan təhsilin dövlət standartları layihəsinə əsasən, gələcəkdə tam orta təhsil səviyyəsində bütün siniflər təmayüllər üzrə fəaliyyət göstərəcək.
Nazir müavini qeyd edib ki, yeni layihədə tam orta təhsil səviyyəsində fənlərin sayının azaldılması nəzərdə tutulur: "İxtisaslaşmanın daha da dərindən aparılması məqsədilə tam orta təhsil pilləsində təmayüllü siniflər tətbiq olunacaq”.
Bəs gələcəkdə bütün siniflərin təmayüllər üzrə fəaliyyət göstərməsi təhsilimiz üçün nə kimi töhfələr verə bilər?
Məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan təhsil sistemində tədris olunan fənlərin sayı, metodikası və strukturu sovetlər dönəmindən qalma prinsiplərə uyğun olaraq həyata keçirilir. Ekspertin sözlərinə görə, təmayülləşmə gözəl layihə olsa da, Azərbaycanın indiki dönəmi üçün məqbul deyil:
"Azərbaycan dünya təhsil sisteminə inteqrasiya edir. Bu da bizdən dünya standartlarına cavab verən müasir tələblərə uyğun təhsil sisteminin informasiyalaşdırılması və qurulmasını tələb edir. Bizdə bir sıra fənlər biri-birini təkrar edir və ya biri-birinin mövzu ətrafında oxşarlığını təşkil edir. Ona görə də, hesab edirəm ki, orta məktəblərdə tədris edilən fənlərin sayında azalma mümkündür və labüddür.
Təmayülləşmə müsbət bir layihədir, lakin hazırda bu proses ölkəmiz üçün uyğun deyil. Ona görə ki, əhalinin böyük əksəriyyəti rayonlarda yaşayır.
Kəndlər iqtisadi-sosial cəhətdən normal inkişaf etməmişdir. Kəndləri biri-birinə bağlayan yollar bərbad vəziyyətdədir. Dağ kəndlərində isə vəziyyət olduqca dözülməzdir. Məsələn, Lənkəran, Astara , Lerik rayonlarının dağ zonasında yerləşən kəndlərində həm kəndarası yollar, həm də bu kəndləri rayonla birləşdirən yolların böyük hissəsi bərbad vəziyyətdədir. Təmayülləşmə zamanı böyük məsafədə dağ yolu ilə marşrut olmadığı zaman 10 və 11-ci sinif şagirdləri, həm də qızlar mərkəzdə olan təmayüllü məktəblərə necə gedəcəklər?
Bilirəm ki, respublikanın bütün dağ rayonlarında vəziyyət eynidir. Ona görə də, yerli şəraiti bilmədən və öyrənmədən, əhalinin vəziyyətini nəzərə almadan belə bir layihənin tələm-tələsik şəkildə tətbiq edilməsi dağ zonasında yerləşən kəndlərdə şagirdlərin məktəbdən kənarda qalmasına və kütləvi şəkildə savadsızlaşmasına gətirib çıxaracaq. Eyni şərait Daşkəsən, Gədəbəy rayonlarında da yaşanır, Quba, Qusar, Xaçmaz rayonlarında da, Bakıda isti otaqda yumşaq kresloda oturub regionlarda yeni layihələrin hansı fəsadlar yaradacağını bilmək olmaz. Belə tələskənlik ciddi problemlər yaradacaq. Əlbəttə ki, təmayüllü məktəblər lazımdır, vacibdir, amma kurikulum da vacib idi, digər layihələr də. Lakin kurikulumun nəticələrini təhlil etmədən yeni köklü dəyişikliklər edilməsi şagirdləri təhsildən məhrum etməylə nəticələnəcək”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə