Bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salındı
08:24 05.10.2018
Arxiv
783
Azərbaycanda bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salınıb. Sherg.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Banklar haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Müşahidə Şurasının üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və ya kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin ediləcək.
Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.
Digər dəyişikliklə, İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər.
Hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.
Həmçinin dəyişikliyə əsasən, Müşahidə Şurasının səlahiyyətləri artırılır. Belə ki, komitənin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, Müşahidə Şurası tərəfindən təyin olunacaq.
Qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən Müşahidə Şurası həmçinin bankın Audit Komitəsinin üzvlərini təyin etmək və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək də imkanı əldə edəcək. Audit Komitəsinin üzvləri də 4 il deyil, 3 il müddətinə təyin olunacaq.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya