Barselonada hava limanı zibilliyə döndü - Fotolar

Sərnişinlər həyatlarında görmədikləri bir mənzərəylə qarşılaşdı
İspaniyanın Barselona şəhərindəki beynəlxalq El Prat hava limanından  istifadə edən sərnişinlər həyatlarında görmədikləri bir mənzərəylə qarşılaşdı.
Hava limanında çalışan təmizlik işçilərinin dörd günlük tətilə getməsiylə, terminallar tamamilə zibilliyə döndü.
Beynəlxalq xəbər agentlikləri "Reuters" və "Associated Press", Barselonada zibilliklər içində gözləyən sərnişinlərin şəkillərini yaydı. Bəzi sərnişinlər hətta hərəkət etməkdə çətinlik çəkdiyi  görünür.
Hazırda hava limanının hər yeri zibillə doludur və bu görüntü  gələn həftə qədər davam edəcək. Bazar ertəsi gününə qədər zibil yığınının artması gözlənilir.