Baş infeksionist əhaliyə müraciət etdi
08:15 23.10.2020
Arxiv
406
Əhali arasında yoluxma hallarının artması, yoluxmanın arealının genişlənməsi son nəticədə belə halların ordumuza da sirayət etməsi ilə nəticələnə bilər.
Bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, döyüş bölgələrinə yaxın ərazilərdə həm yerli əhali ilə hərbçilərin təması baş verir, həm də hərbi qulluğa çağırılan şəxslər arasında virusa yoluxanların olması mümkündür:
“Bunu nəzərə alanda, o zaman təhlükənin nə qədər real olması aydın görünür. Bütün mümkün tədbirləri görmək lazımdır ki, bu baş verməsin, kütləvi hal almasın. Çünki məsələ müharibə vəziyyətində olan ordumuzun döyüş qabiliyyətinə təsir etməklə ölkənin təhlükəsizliyini müəyyən edir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, bu gün arxa cəbhədə xəstələnən şəxs hansısa bir döyüşçümüzün yaxını ola bilər. Torpaqlarımızın azad edilməsi uğrunda ölüm-dirim savaşına atılan hər bir döyüşçümüz arxa cəbhədə öz ailəsindən, yaxınlarından arxayın olmalıdır. Buna görə də əminliklə demək olar ki, infeksiyanın yayılması ilə mübarizə, yoluxma hallarının azaldılmasına yönələn bütün tədbirlər və bunların müsbət nəticələri sonda Qarabağda qələbəmizi yaxınlaşdırır”.
T.Eyvazov hesab edir ki, arxa cəbhədə koronavirus infeksiyasından qorunmanın ən effektiv yolu insanlar arasında təmasların minimuma endirilməsi və karantin qaydalarına ciddi əməl olunmasıdır:
“Yəni, maskadan düzgün istifadə edilməsi, sosial məsafənin gözlənilməsi, asqırdıqda, öskürdükdə burun və ağzın örtülməsi, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq, əllərin gigiyenası, xəstəlik əlamətlərini özündə hiss etdikdə həkimə dərhal müraciət etmək və s. lazımdır”.
“Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Özümüzün, yaxınlarımızın qayğısına qalaq, problemə qarşı birgə mübarizə edək. Buna öz nizam-intizamımız ilə nail olmaq mümkündür.
Belə kollektiv məsuliyyət virusun yayılmasının qarşısını alır. Əgər bir nəfər maskada gəzəcəksə, çətin ki, problemi həll edək. Belə qlobal məsələlər birlikdə həll oluna bilər.
Hamı üçün əsas tövsiyə insanlarla təmasları məhdudlaşdırmaqdır. Hələ ki, bundan təsirli vasitə icad olunmayıb. Hamılıqla riayət edək, birlikdə güclü olaq!
Koronavirusa qalib gələk!”, - deyə baş infeksionist qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm