Baş nazirdən Qarabağdakı hava limanlarının tikintisi ilə bağlı QƏRAR


Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların gömrük rüsumundan azad olunan nomenklaturası müəyyənləşib.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla həmin rayonlarda tikilən hava limanları üçün malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahı təsdiqlənib.