“Baydenin “erməni soyqırımı”nı tanıması NATO-nu zəiflədəcək” 


ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” mövzusunda mövqeyi NATO ölkələri arasında əməkdaşlığın ən vacib olduğu dövrdə münasibətləri daha da çətinləşdirəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə Latviyanın Müdafiə naziri Artis Pabriks bəyan edib.

“Mən oxşar tövsiyəni milli maraqları qurban verərək özləri üçün indulgensiya almaq istəyən Latviya parlamentarilərinə verə bilərəm”, - deyə o, özünün “Twitter” hesabında bəyan edib.